RU

“Bəxtimiz gətirmədi” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Murad Məmmədov Premyer Liqanın XIII turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu (2:2) şərh edib.

Futbolpress.az xəbər verir ki, matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi bunları deyib:

“Əlbəttə, çox sevinirəm. Bu komandanın yetirməsiyəm, 10 ildən çoxdur, burdayam. Bu, mənimçün fəxrdir. İnşallah, uğurlu oyunumun ardı gələr. Oyuna gəlincə, məyusuq. Əslində, udmalı olduğumuz oyun idi. Bəxtimiz gətirmədi. Qarşıda oyunlarda əlimizdən gələni edib, qələbə qazanmağa çalışacağıq. Çoxlu epizodlarımız olsa da, dəyərləndirə bilmirik. Sonluq çatışmır”.

Избранный
22
futbolpress.az

1Источники