RU

İmperalist siyasət, tapdanan insan hüquqları, və fransız özbaşınalığı – Dünyanın Yeni Kaledoniya problemi

Dünyadakı böyük ölkələrin əksəriyyətinin dövlətçiliyi zor və ədaslitsizlik üzərində bərqərardır. Hələ orta əsrlərdən başlanan imperiya siyasətinin kökündə dünyaya ağalıq, başqa xalqalar üzərində hökmranlıq istəyi, yeni ərazilər ələ keçirmək kimi vəhşi istək dayanırdı. İmperalistlər digər xalqları vassal halına salmaq, onları özlərindən asılı vəziyyətdə saxlamaq üçün hər cür cinayətə əl atıblar. Bu siyasət onların sürətlə varlanmasına səbəb olduğundan bir-birinin ardınca yeni ərazilər ələ keçirilir və ən ucqar nöqtələr belə hədəf seçilirdi. Avropanın böyük dövlətləri Amerikaya, Afrikaya, Asiyaya nəzarət etmək, həmin ərazilərdə yaşayan milyonlarla insanı əsarət altında saxlamağa çalışıb. Orta əsrlərdə buna nail olan avropalılar Amerika qitəsini fəth etdikdən sonra növbəti münbit torpaqlar, ərazilər axtarmağa başlayıblar.

Sonrakı hədəf Afrika idi. İmperyalarının hüdudlarını genişləndirmək arzusunda olanlar cənub yarımkürəsinə yönəliblər. Avropada daha çox imperialist siyasət yürüdən dövlət isə Fransa idi. Dünyaya ağalıq etmək niyyətinə düşən fransızlar Afrikanın qərb və cənub hissəsinə nəzarəti ələ keçirdi və oraları öz hakimiyyətləri altında birləşdirdilər. Onların əsas məqsədi qara dərili əhalini biri-birindən ayrı salmaq və onlar arasında iğtişaş yaratmaq idi. Bununla belə missionerlik fəaliyyəti ilə məşğul olaraq Xristianlıq dininin qəbul etdirməyə çalışan fransızlar az müddətdə öz məqsədlərinə nail oldular.Yerli xalqları fransız dilində danışmağa məcbur edən gəlmələr, getdikləri yerləri silah və güc hesabına fransızlaşdırmağı bacardılar. İndi hal-hazırda bir çox Qərbi Afrika ölkəsinin rəsmi dili fransız dilidir.

Deməli, dünyaya ədalət, sülh, dərsi keçən, insan hüquqları və azadlığının mövcudluğunu əliində “silah”a çevirən Fransanın dövlət siyasətinin kökündə işğalçılıq və kaloniyalizm dayanır. Fransa imperiyası XIX və XX əsrdə Britaniyadan sonra dünyanın ikinci ən böyük müstəmləkə imperiyasıdır. İmperiyanın sahəsi Fransanın öz ərazisi də daxil, 1900 ilə 1930-cu illər arasında 24.000.000 km² təşkil edirdi. Bu göstərici dünyanın 17.8% ərazisi deməkdir.

Fransanın müstəmləkələrindən biri də Yeni Kaledoniyadır. Yeni Kaledoniya Sakit okeanın cənub qərbində yerləşir və Fransanın müstəmləkəsidir. Təssəvvür edirsiniz, Sakit okeanda, xəritədə güclə tapılan ada dövlətini Fransa necə istismar edir? 21-ci əsrdə də imperalist siyasətini davam etdirən fransızlar orta əsr feodal təfəkküründən əl çəkə bilmir və min kilomertlərlə kənardakı adaları belə öz kaloniyası kimi idarə edir. Bu gün dünya insan haqlarının pozulmasından narahatdırsa, beynəlxalq hüququn norma və prinsiplərinin qorunması əsas hədəf kimi götürülürsə, Fransanın Yeni Kaledoniyada işğalçılıq siyasəti niyə heç kimin yadına düşmür? Qarabağdan beş-on erməninin öz xoşuyla getməsini etnik təmizləmə kimi qələmə verən, 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə göz yuman Fransanın Azərbaycanı ittiham etməyə mənəvi haqqı varmı? Sakit okenda ada sakinlərinə divan tutan Fransa bütün dövrlərdə dünyaya ağalıq etmək istəyib. Belə olmasaydı Sakit okeanın cənub-qərbində Avstraliya, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə sərhəddə yerləşən kiçik bir adadan rədd olub gedərdi.

Əhalisinin sayı cəmi 246 min nəfər olan Yeni Kaledoniya əhalisi artıq Fransanın kalloniyası olmaqdan bezib və yerli əhali azad yaşamaq istəyir. Buna görə də adada son vaxtlar kaloniyalizm əleyhinə etiraz mitinqləri təşkil olunur və yerli əhali Fransanı Yeni Kaledoniyadan əl çəkməyə çağırır. Fransa isə imperalist siyasətindən əl çəkmir və Yeni Kaledoniyanı əldən vermək niyyətində deyil. Fransa polisi Yeni Kaledoniyada iğtişaşlarda fəallıq göstərənləri həbs edir, yerli vətənpərvər itiham olunmaq üçün min kilometrlərlə uzaqda yerləşən Fransaya göndərilir. Beynəlxalq hüququn norma və prinsiplərinin qeydinə qalan, əlində bir neçə siyasi təşkilatı alət kimi saxlayan, lazım olanda onlardan öz mənafeyi üçün istifadə edən Qərb bu cinayəti görür və Fransanın özbaşınılığına göz yumulur. Niyəsi bəllidir, hər kəs onların dediyi ilə oturub durmalı və dünya kaloniya siyasəti ilə idarə edilməlidir. Böyük dövlətlərin imperalist siyasətindən cana doyan əksər ölkələr öz suvernliyini bərpa edib və yeni inkişaf modelini seçiblər. Amma Yeni Kaledoniya kimi ada dövlətləri bir qrup impealist cəlladın əlindən xilas ola bilmir.

Dünyanın gözü qarşısında baş verən cinayətlər nə qədər ört-basdır edilsə də nəhayət ki, Yeni Kaledoniyada baş verənlərə reaksiya verən tapılıb. BMT-nin İnsan Hüquqları Komitəsi 2024-cü il noyabrın 7-də dərc etdiyi hesabatında Fransız polisinin Yeni Kaledoniyada törətdiyi zorakılıqları pisləyib. Bu sadəcə bir bəyanatdır və fransızların bunu da qulaq ardına vurması şübhə doğurmur. Guya, Yeni Kaledoniyada həddindən artıq güc tətbiqinin əleyhinə olan İnsan Hüquqları Komitəsi ada əhalisinin qeydinə qalır və məsul şəxslərin məsuliyyətə cəlb edilməsini, zərərçəkənlərə təzminat ödənilməsini tələb edir. Bu sadəcə BMT-də hazırlanan “növbətçi bəyənatlar”dan biridir. Əgər BMT Fransanın özbaşınalığından bu qədər narahatdırsa o zaman kaloniyal siyasətə niyə göz yumur. Axı Fransanı Yeni Kaledoniya ilə ümumi heç nə bağlamır və onlar ərazicə biri-birilərindən min kilometrlərlə uzaqdadırlar. Adada həbs olunanları Parisə gətirib orada ittiham etmək isə insan haqlarına qarşı hörmətsizlikdir.

BMT-nin İnsan Hüquqları Komitəsi bu bəyanatla sadəcə “biz də varıq və hadisələr nəzarətimizdədir”, mesajı verir. BMT İnsan Hüquqları Komitəsinin bəyanatından sitat: “Komitə Fransa hökumətindən fransız polisi tərəfindən Yeni Kaledoniyada həyata keçirilən qanunsuz həbslərə dair əsaslandırma tələb edib”.

Onlar elə hesab edir ki, Fransa hökuməti Yeni Kaledoniyada törətdiyi cinayətlərin hesabatını hazırlayıb BMT-yə göndərəcək ki, bağışlayın, səhv olub. Əslində, bütün dünyanın gözü qarşısında baş verən bu özbaşınalıq BMT-nin prinsiplərinə ziddir və onlar Fransadan izahat tələb etməklə özlərini duruya çıxartmaq istəyirlər. BMT TŞ-nın 5 üzvündən biri olan Fransa təşkilatda söz sahibidir. Məhz Fransanın təkidi ilə ötən il bir neçə dəfə Azərbaycana qarşı qətnamə qəbul etmək üçün BMT TŞ-nın iclası çağırılıb. Düzdür, Fransanın istəyi baş tutmayıb və Azərbaycanın haqq yolunda mübarizəsini davam etdirib.

Deməli, BMT-də dünyanın gözündən pərdə asamaq üçün yeni bəyanatlar hazırlanır və bununla da öz missiyalarını sona çatmış hesab edirlər. Missiya o zaman başa çatar ki, Yeni Kaledoniyaya BMT-nin təhlükəsizlik qüvvələri göndərilir və ada əhalisi fransızların zülümündən xilas olur. Ya da, Fransa adanı tərk edərək imperalist siyasəyinə son qoyur. Yalnız bundan sonra ədalət öz yerini tapacaqr. Boş-boş vədllər, uzun-uzadı bəyanatları isə çox eşitmişik.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
28
konkret.az

1Источники