RU

Çində evlilik böhranı tarixdə ən aşağı səviyyədədir

Bakı, TurkicWorld

Çində 1980-ci ildən bəri saxlanılan qeydlərdə evlilik nisbətinin bu il ən aşağı səviyyəyə düşməsi halı qeyd edilib.

TurkicWorld xəbər verir ki, Çinin Vətəndaşlıq İşləri Nazirliyi cümə günü ölkədəki nikah nisbətləri ilə bağlı son məlumatları açıqlayıb.

İlin ilk üç rübündə yalnız 4,74 milyon cütlük evlənib. Bu, ötən ilin eyni dövründəki 5,69 milyon toy mərasimi ilə müqayisədə 16,6 faiz azalma deməkdir.

Çində evlilik rəqəmləri ilə yanaşı, doğum nisbətlərinin azalması halı da Pekini narahat edir. Bu demoqrafik dəyişikliklərin arxasında duran səbəbləri anlamaq üçün Çin, 2015-ci ildən etibarən tək uşaq siyasətinə son verib və cütlüklərə iki və ya daha çox uşağa sahib olmaq üçün vergi güzəştləri kimi iqtisadi təşviqlər təqdim edib.

2022-ci ilin oktyabrında Çin Prezidenti Si Cinpin doğum nisbətinin artırılmasının milli prioritet olduğunu vurğulayıb. Lakin bütün bu tədbirlərə baxmayaraq, cəmiyyətin uşaq sahibi olmağı təxirə salması və ya bu ideyadan tamamilə imtina etməsi məsələləri hələ də davam edir. Artan yaşayış bahalığı və işgüzar qeyri-sabitlik, cütlüklərin daha çox uşaq sahibi olmağı düşünməmələrinin əsas səbəbləri arasında göstərilir.

Qeyd edək ki, Çin, 1980-ci illərin sonlarında sürətlə artan əhaliyə nəzarət etmək məqsədilə sərt tək uşaq siyasətini tətbiq etdikdən sonra doğum nisbətində əhəmiyyətli bir azalma başlandı. Bu siyasətdən sonradan imtina edilsə də, 2023-cü ildə ölkənin əhalisi ardıcıl ikinci dəfə azalıb. Hindistan 2023-cü ilin aprelində əhalisi daha çox olan ölkə olaraq liderliyi ələ alıb, beləliklə, Çin uzun illərdir dünyanın ən sıx əhalisi olan ölkəsi olma statusunu itirib.

Bundan əlavə, Yaponiya və Cənubi Koreya kimi digər Asiya nəhəngləri də demoqrafik problemlərlə üzləşir. Hər iki ölkə, azalan doğum nisbətləri və yaşlanan əhali ilə bağlı çətinliklər yaşayır, lakin həyata keçirilən tədbirlər bu problemləri tamamilə həll etməyib.

Избранный
43
turkic.world

1Источники