RU

Pakistanda əsgərlər hədəf alındı: 24 ölü, 44 yaralı – Video

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.

Tribunainfo.az xəbər verir ki, olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.

Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Polisin baş komandiri Məhəmməd Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.

“Partlayış dəmir yolu vağzalında, qatar Pişəvərə yola düşən ərəfədə baş verib”, – Balox vurğulayıb.

Bəlucistan Azadlıq Ordusu partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu 2000-ci ildə Əfqanıstanda qurulan silahlı təşkilatdır. Təşkilat bəlucların öz müqəddəratını təyin etməsini və Bəlucistanın Pakistandan ayrılmasını müdafiə edir.

Избранный
47
43
tribunainfo.az

10Источники