RU

"Kəpəz"in yeni xilaskarı - O, nələri dəyişib?

Bizdə kiminsə uğuruna kor olmaq dəbi var axı.

Məsələn, Azər Bağırov aşağı liqalarda uğurlu olanda qeyri-ciddi qəbul edilirdi. "Əşşi aşağı liqalardı da" deyib üzərindən keçənlər az deyildi.

O, ötən mövsüm öz bacarığını "Araz-Naxçıvan "la Premyer Liqada göstərdi.

Bu dəfə də iddia etdilər ki, bəxti gətirir. Daha düşünən olmadı ki, bəxt 1 oyunda və ya 1 dövrədə gətirər. Daha mövsümün böyük bir bölümündə yox.

Həm də ortada məzmunlu oyun varsa, hansı bəxtdən söhbət gedə bilər?

İstedadlı mütəxəssis bu dəfə əlini daha ağır daşın altına qoyub.

O, "Kəpəz"ə gələndə klub məğlubiyyətləri sıralayırdı. Elitanı tərk edəcəyi əksəriyyət üçün qətiləşmişdi.

Açığı, bir çoxu kimi mən də belə komandanın başına keçməyi riskli hesab edirdim.

Amma bacarığına güvənən mütəxəssis bu dəfə də hər kəsi təəccübləndirməyi bacarır.

Qısa müddətdə "Kəpəz"ə böyük dəyişiklik gətirə bildi.

Dünənə kimi qol vura bilməyən, minimal hesabla uduzanda sevinən kollektivin bu gün aktivində 6 xalı var.

Söhbət qazanılan iki qələbədə yox, həm də sərgilənən oyunda, nümayiş etdirilən mübarizə ruhundadır.

Qərb təmsilçisi indi məğlub olanda da asan təslim olmur.

Tarixi klubun komadan ayıldığını deyə bilərik.

Gedişat onu göstərir ki, elitanı tərk edəcəyi erkən proqnozlaşdırılan "Kəpəz"in indi liqada qalmaq missiyasını erkən yerinə yetirəcəyi daha inandırıcı səslənir.

XANOĞLAN İMANOV

Избранный
34
sportinfo.az

1Источники