RU

Özgür Özel Bakıya gəlir - CHP-dən Modern.az-a AÇIQLAMA

Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və ona Zəfər bayramı təbriklərini çatdırıb.

CHP-nin təhlükəsiz məsələləri üzrə sədr müavini, admiral Yankı Bağcıoğlu Modern.az saytına açıqlamasında Özgür Özelin Azərbaycan Prezidentinə zəngi və Bakıya gözlənilən sədəri barədə danışıb.

Yankı Bağcıoğlu əməkdaşımızla söhbətdə öncə Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramını təbrik edib, şəhidlərimizə rəhmət diləyib:


“Düz 4 il əvvəl Azərbaycan Ordusu böyük qələbə qazanaraq, Qarbağı erməni işğalından xilas etdi. 44 gün davam edən çətin mücadilədə Azərbaycan əsgərləri ağılasığmaz qəhrəmanlıqlar göstərərək, 300-dən artıq yaşayış məntəqəsini azadlığa qovuşdurdu. Bu, 30 illik hərbi hazırlığın nəticəsiydi. Azərbaycan Ordusu müharibənin bütün sahələrində yüksək səviyyədə rəşadət göstərib. Şuşanın işğaldan azad olunması tarixə qəhrəmanlıq dastanı olaraq düşəcək. Azərbaycan əsgərinin Şuşanın sıldırım qayalıqlarına düşmən təhdidi altında dırmaşması xüsusi təyinatlı qüvvələrin adını hərb tarixinə qızıl hərflərlə yazdırdı. Unudulmamalıdır ki, Qafqaz bölgəsinin rahatlığı və stabilliyi can Azərbaycanın əmin-amanlığından asıldır. Bu zəfərin Azərbaycana olduğu qədər Cənubi Qafqaz regionunda da müsbət təzahürləri olub”. 


Müsahibimiz deyib ki, Türkiyə “İki dövlət, bir millət” anlayışı ilə dost və qardaş Azərbaycanla bu günə qədər olduğu kimi, məsləhətləşməyə və işbirliyinə davam edəcək:

“Bu zəfər Türkiyə və Azərbaycan münasibətlərinin dərinləşməsinə yeni istiqamət verməklə yanaşı, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında keçmişdən gələn bağların daha da güclənməsinə situmul yaradır.

Bundan sonra bizə ordularımız arasındakı bağların daha da güclənməsi məqsədilə silahlı qüvvələrimizin qarşılıqlı əməkdaşlığını artıracaq layihələrə fokuslanmaq lazımdır.

İki ölkənin hərbi doktrinalarının inkişaf etdirilməsi, müştərəkləşməsi, hərbi silahların alət və avadanlıqlarını texniki baxışı və idarəsi kimi mövzularda bir-birilərini dəstəkləmə məsələsi priorietdir".
 

Yankı Bağcıoğlunın sözlərinə görə, CHP sədri Özgür Özelin Azərbaycana gözlənilən səfəri iki dövlət arasında onsuz da mövcud olan yüksək səviyyəli əlaqələri daha da gücləndirəcək:
 

"Sədrimizin cənab Prezident İlham Əliyev ilə telefon danışığında dediyi kimi, CHP olaraq, milli və beynəlxlaq platformalarda Azərbaycanın haqq işinin müdafiəsinə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm. Cənab Özgür Özelin Azərbaycana səfəri iki dövlət arasında onsuz da yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək”.

Türkiyəli admiral deyib ki, Azərbaycanın əslində 10 noyabrda qeyd etməli olduğu Zəfərin böyük öndər Mustafa Kamal Atatürkün ölüm tarixi ilə üst-üstə düşməsi səbəbindən  noyabrın 8-nə keçirilməsi hər iki dövlətin əlaqələrinin dərinliyinə sübutdur.
 

“Bu, Azərbaycan türklərinin böyük Atatürk sevgisinin nümunəsi kimi dəyərləndirilməlidir!”.

Избранный
68
23
modern.az

10Источники