RU

Bayden Ukrayna ilə bağlı bu qadağanı ləğv etdi

Bayden administrasiyası ABŞ tərəfindən təchiz edilmiş silah sistemlərinin, xüsusilə “F-16” qırıcı təyyarələrinin və “Patriot” hava hücumundan müdafiə sistemlərinin saxlanması və təmirində Ukrayna Silahlı Qüvvələrinə kömək edilməsi ilə bağlı ABŞ hərbi podratçılarına qoyulan qadağanı de-fakto ləğv edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə CNN bu panla tanış olan məmura istinadən məlumat yayıb. 

Seçkilərdən əvvəl, noyabrın əvvəlində təsdiq edilmiş yeni siyasət Pentaqona Rusiyanın 2022-ci ildəki işğalından sonra ilk dəfə olaraq, ABŞ şirkətlərinə Ukraynada fəaliyyət göstərmək üçün müqavilələri həyata keçirməyə imkan verəcək.

Rəsmilər bu addımın Ukrayna ordusunun istifadə etdiyi silah sistemlərinin texniki xidmətini və təmirini sürətləndirəcəyinə ümid etdiklərini bildiriblər.

Lakin telekanal xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvar ayında vəzifəyə başlayarkən bu siyasəti davam etdirib-etməyəcəyi qeyri-müəyyəndir. 

“Ukraynaya Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən verilən hərbi texnikanın təmiri və saxlanmasına kömək etmək, artıq çatdırılmış yardımla işləmək üçün Müdafiə Nazirliyi az sayda podratçılar üçün tender keçirir”, - deyə Pentaqon nümayəndəsi qeyd edib.

Избранный
33
cebheinfo.az

1Источники