RU

Suriya KİV-dən iddia: İsrail Hələb və İdlibə zərbə endirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin Suriyanın şimalındakı Hələb və İdlib bölgələrində bəzi hərbi məntəqələrə hava zərbələri endirdiyi iddia edilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Suriyadakı rejimin xəbər agentliyi olan SANA məlumat yayıb.
SANA hərbi mənbəyə əsaslanan xəbərində yerli vaxtla saat 00:45-də İdlib və Hələb çölündəki bəzi məntəqələrin İsrail qüvvələri tərəfindən hava hücumu ilə hədəfə alındığı iddia edib.
"Sfire rayonunun ətrafı hədəfə alındı. Hücum nəticəsində dağıntılar baş verib, bəzi əsgərlər yaralanıb", - deyə xəbərdə bildirilib.
İsrail rəsmilərindən isə hücumla bağlı hələ ki açıqlama verilməyib.
Qeyd edək ki, İranın dəstəklədiyi qruplaşmaların Hələbin Sfire rayonundakı elmi araşdırma mərkəzindən raket istehsalı müəssisəsi kimi istifadə etdiyi məlumdur.
Избранный
34
1
oxu.az

2Источники