RU

Keçmiş icra başçısı restoranını 8 milyona satdı

Cəlilabadın keçmiş icra başçısı, hazırda həbsdə olan Namiq Zeynalova məxsus olduğu deyilən restoran bu günlərdə satılıb.
 
Moderator.az xəbər verir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Novxanıda yerləşən restoranın satın alınmasına 8 milyon manat xərclənib.
 
Məlumata görə, söhbət Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən və böyük əraziyə malik “La Chateau” restoranından gedir. “Sevgi dolu anları özündə əks etdirən məkan” devizi ilə fəaliyyət göstərən restoranın hansı səbəbdən və indi niyə satıldığı barədə konkret bilgi yoxdur.
 
 
Избранный
52
16
moderator.az

10Источники