RU

İranlı ekspert: "Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İranın və Ermənistanın maraqları tam üst-üstə düşür".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə ermənipərəst ekspert Ehsan Mövahhedian "Armen Press"ə verdiyi müsahibədə deyib.
"Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı, həmçinin Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır", - deyə o bildirib.
Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə qeyd edib:
"Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur", - deyə o bildirib.
Избранный
48
50
oxu.az

10Источники