RU

Trampın müşaviri: "Ukrayna ərazidən çox sülhə diqqət yetirməlidir"

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımı unutmalıdır.

Oxu.Az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.

Müşavirin sözlərinə görə, Ukrayna ərazilərini geri qaytarmağa çalışmaqdansa, diqqətini sülhün əldə olunmasına yönəltməlidir.

"Zelenski bu döyüşləri dayandıracağını, lakin sülhün yalnız Krımın qaytarılmasından sonra olacağını deyir. Ona pis xəbərimiz var: Krım əldən getdi", - Lanza deyib.

O qeyd edib ki, ABŞ-nin yeni administrasiyası əsas diqqətini Ukraynada sülhün əldə olunmasına yönəldəcək. Eyni zamanda, Vaşinqton Zelenskinin "sülhə real baxış" versiyasını görmək istəyir.


Избранный
25
15
sherg.az

10Источники