RU

Təyyarədə uçuş zamanı qapını açmağa çalışdı, stüardessanı girov götürdü - İlginc HADİSƏ

Panamada təyyarənin sərnişini uçuş zamanı qapını açmağa çalışıb və ekipaj tərəfindən zərərsizləşdirilib.
 

Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
 

Hadisə Braziliyadan Panamaya uçan "Copa Airlines" təyyarəsinin göyərtəsində baş verib. Enişdən bir neçə dəqiqə əvvəl sərnişinlərdən biri stüardessanı girov götürüb qapını açmaq istəyib.
 

Hücum edən ekipaj üzvləri və digər sərnişinlər tərəfindən zərərsizləşdirilib. Dava zamanı kişi plastik qandallarla kresloya bərkidilib və yerə endikdən sonra polis əməkdaşları tərəfindən aparılıb.
 

Aviaşirkət, ekipaj üzvlərinə və gəmidəki digər şəxslərə operativ reaksiya göstərdiklərinə və təhlükəsizlik protokollarına əməl etdiklərinə, bütün sərnişinlərin mühafizəsini təmin etdiklərinə görə təşəkkür edən bəyanat yayıblar.

İnci

 

Избранный
42
1
sfera.az

2Источники