RU

Xarici siyasətin əsas istiqamətlərindən biri türk dövlətləri ilə münasibətləri inkişaf etdirməkdir

Dünyada  baş verən hadisələr türk dövlətlərinin və xalqlarının birliyinin möhkəmləndirilməsini  vacib amilə çevrilib. Bu siyasətinin  Ulu Öndərimiz Heydər Əliyev  qoymuşdur. Hər il Onun təşəbbüsü ilə türk dövlətlərinin Zirvə toplantısı keçirilmişdir. Hazırda Onun bu siyasətini Prezident İlham Əliyev çox böyük uğurla həyata keçirir. Prezident İlham Əliyevin xarici siyasətinin  əsas istiqamətlərindən birini türk dövlətləri ilə münasibətləri inkişaf etdirmək təşkil edir. Çünki bizi bu xalqlarla birləşdirən  çox böyük amillər var. Bura əsasən həm  milli dəyərlərimiz , milli ideologiyamız  və irsimiz  daxildir.

Noyabrın 6-da Qırğızıstanın  paytaxtı Bişkəkdə Türk Dövlətləri təşkilatının ( TDT)  11 -ci Sammiti öz işinə başladı. Prezident İlham Əliyev  bu görüşdə çıxış edərək Türk dövlətləri   arasında əməkdaşlığın  vacibliyini vurğulayıb. Hər sahədə  du dövlətlər bir-birini dəstəkləməli , iqtisadi , müdafiə  sənayəsi sahələrində əməkdaşlığa  mühüm  önəm verməlidir.

Sonra Prezident İlham Əliyev  30 il ərzində ermənilərin işğal edilmiş ərazilərdə  törətdikləri vəhşiliklərdən də bəhs edib. Sonra hal-hazırda işğaldan azad edilmiş  Qarabağda  görülən quruculuq işlərindən Zirvə toplantısı iştirakçılarını məlumatlandırmışdır. Bu toplantının yekunda Bişkek bəyannaməsi də daxil  olmaqla 16 sənəd imzalanıb.

Bişkekin  2025- ci ilin Türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi , TDT -nin yeni bəyannaməsini qəbul edilməsi , 2025 -ci ildə TDT -nin rəsmi sammitinin  Azərbaycanda , qeyri-rəsmi sammitinin Macarıstanda keçirilməsi bu sənəddə  öz təsdiqini tapıb. 

Sevda Bağırova,
56 nömrəli tam orta məktəbin Tarix müəllimi

Избранный
32
ikisahil.az

1Источники