RU

Rusiya MN: Ukraynanın 70 PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi Ukraynanın kütləvi dron hücumu ilə bağlı məlumat yayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, məlumatda Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində 70 PUA hücumu gerçəkləşdirdiyi bildirilib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri düşmənin 70 PUA-sını məhv edib. Ukrayna PUA-ları Moskva, Bryansk, Oryol, Kaluqa, Kursk və Tula vilayətləri üzərində səmada tutularaq məhv edilib", deyə məlumatda qeyd olunub.

Rusiya MN-dən bildirilib ki, Moskva vaxtı ilə saat 7-dən 10-a kimi 34 PUA Moskva vilayəti üzərində, 14 - Bryansk üzərində, yeddi - Oryol və Kaluqa üzərində, altı - Kursk üzərində, iki - Tula vilayətin üzərində vurulub.

Избранный
43
8
apa.az

10Источники