RU

Banqladeş səfiri: “COP29-un faydalı olacağına ümid edirik”

“COP29-da Banqladeşin müvəqqəti hökumətinin baş müşaviri Muhammad Yunus iştirak edəcək”.

Bunu “Report”a müsahibəsində Banqladeş Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haq deyib.

Onun sözlərinə görə, Muhammed Yunus təsis etdiyi “Grameen Bankı”na və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb:

“Bu bank yoxsulları sahibkara çevirmək məqsədi ilə qurulub. COP 29-un da başlıca məqsədi iqlim fəlakətləri ilə mübarizədə yoxsul ölkələrə də dəstək verməkdir. Bu baxımdan, ölkə rəhbərliyimiz səviyyəsində COP 29 səmimiyyətlə dəstəklənir.

Избранный
27
9
demokrat.az

10Источники