RU

ABŞ-dan yardımın qalan hissəsini Kiyev nə vaxt alacaq?

ABŞ administrasiyası Konqres tərəfindən ayrılmış 6 milyard dollar məbləğində qalan vəsaitin hamısını Ukraynaya göndərməyi planlaşdırır.

SİArus saytlarına istinadən xəbər verir ki, ABŞ Konqresin Ukrayna üçün ayırdığı 6 milyard dollar məbləğində yardımı tam şəkildə həyata keçirmək niyyətindədir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalında təsdiqləyib.

O qeyd edib ki, prezident Cozef Bayden bütün vəsaitlərin yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya göndəriləcəyini açıqlayıb.

Sallivan vurğulayıb ki, yaxın 70 gün ərzində Bayden Konqresi və gələcək administrasiyanı Ukraynanı dəstəkləməyin vacibliyinə inandırmağa davam edəcək. ...Ukraynadan çıxmaq Avropada daha da qeyri-sabitlik deməkdir.

Bunu Sallivan deyib.

Baydenin səlahiyyət müddəti başa çatdıqdan sonra əlavə vəsait üçün mümkün tələb barədə soruşduqda, Sallivan vurğulayıb ki, konkret təkliflər açıqlanmasa da, Bayden Ukraynaya davamlı dəstəyin zəruriliyini müdafiə edəcək. Onun sözlərinə görə, Ukrayna üçün təhlükə qalmaqdadır və ABŞ Ukrayna və onun müttəfiqləri qarşısında öhdəliklərini davam etdirməlidir.

Əli Babayev

Избранный
54
sia.az

1Источники