"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə 9 Noyabr - Bayraq Günü münasibətilə Quba Şəhidlər Xiyabanında xüsusi bir aksiya keçirilib. Aksiyada şəhid məzarlarının üzərinə Azərbaycan bayraqları örtülüb, vətən yolunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.
İctimai Birliyin sədri Tünzalə Abduləlimova QHT.az-a verdiyi açıqlamada qeyd edib ki, bu təşəbbüs şəhid ailələri üçün mənəvi dayaq olmaqla yanaşı, vətənpərvərlik ruhunun yaşadılmasına böyük töhfə verir. Aksiyada dəstəyi ilə seçilən "Ömər İlqaroğlu" reklam şirkətinin təsisçisi İlqar Şahmərdanova xüsusi təşəkkür bildirilib. QHT sədri vurğulayıb ki, qəhrəman şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq və bayrağımız hər zaman ucalarda dalğalanacaqdır.
Bu addım, Quba sakinləri və şəhid ailələri tərəfindən yüksək qiymətləndirilib.
Pərvanə Fərhadqızı