RU

HƏMAS özünə lider seçir - İdarəetmə kimə veriləcək?

Fələstin HƏMAS hərəkatının rəhbərliyi Xəlil əl-Heyanı təşkilatın Siyasi Bürosunun yeni rəhbəri təyin etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ash-Sharq al-Awsat” qəzeti hərəkat daxilindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, HƏMAS lideri Yəhya Sinvar İsrail qüvvələri tərəfindən ləğv edildikdən sonra təşkilat kollektiv şəkildə idarə olunur. Qeyd edilir ki, seçkilər üçün müvafiq şərait yaradılarsa, əl-Heya Siyasi Büronun rəhbəri postunu tuta bilər.

Əş-Şərq əl-Avsatın məlumatına görə, əl-Heya hazırda Qəzza zolağında HƏMAS-ın siyasi bürosuna rəhbərlik edir.


Müəllif: Arzu
Избранный
27
1
teleqraf.com

2Источники