“Qalatasaray” və “Fənərbağça” qələbə qazandı, “Beşiktaş” xal itirdi
Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub. Yeniavaz.com xəbər verir ki, son oyun günündə İstanbul nəhəngləri meydana çıxıblar. “Qalatasaray” doğma meydanda “Samsunspor”a 3:2, “Fənərbağça” “Sivasspor”a 4:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” isə səfərdə “Başakşəhər”in müqavimətini qıra bilməyib - 0:0.