RU

20-dən çox ölkə lideri Azərbaycandandır - SİYAHI

Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslər artıq Azərbaycana gəlməyə başlayıblar.

Turkustan.az-ın məlumatına görə, xarici ölkə rəsmiləri dünəndən etibarən Bakıya gəlir və Azərbaycan rəsmiləri onları qarşılayırlar.

İndiyədək Azərbaycana gələn liderlər aşağıdakılardır:

- Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo

- Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine

- Tuvalunun Baş naziri Feleti Teo

- ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik

- Baham adalarının Baş naziri Filip Davis

- Surinam Respublikasının Prezidenti Çandrikapersad Santokhi

- San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada

- Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam

- Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo

- Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva

- Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta

- Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi

- Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova

- Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi

- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibi Matias Korman

- Burundi Respublikasının vitse-prezidenti Prosper Bazombanza

- Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun

- Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava

- Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux

- Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç

- Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib

- Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo

- Butan Krallığının Baş naziri Tişerinq Tobqay.

Qeyd edək ki, qarşıdakı günlərdə daha çox ölkənin lideri və digər siyasi rəsmiləri Bakıya gələcək. Ümumilikdə 100-dən artıq ölkənin liderinin tədbirdə iştirak edəcəyi gözlənilir./modern.az/

Избранный
30
6
turkustan.az

7Источники