ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Washington Post" nəşri məlumat yayıb.
Bildirilib ki, Tramp noyabrın 7-də Putinlə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Tramp və və Putin Ukraynada müharibənin mümkün dayandırılmasını müzakirə ediblər.
Nəşrin yazdığına görə, Tramp və Putin Avropa qitəsində sülhün əldə olunması imkanlarını müzakirə ediblər və Tramp Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.
Məlumatda qeyd olunub ki, Ukrayna hökumətinə Tramp-Putin telefon danışığı barədə məlumat verilib və Kiyev buna etiraz etməyib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта