RU

Azərbaycanlı futbolçuların komandaları Türkiyədə üz-üzə gəldi

style='margin-bottom:10px;'>

Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” bu turda Vüsal İsgəndərlinin oynadığı “Boluspor”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Vüsalın adı isə bu görüşün iştirak ərizəsində olmayıb.

Bu nəticədən sonra “Bandırmaspor” 24 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Boluspor” 18 xalla 18-cidir.

Избранный
66
3
teleqraf.com

4Источники