RU

Yaponiyanın hava vəziyyətini izləyən əsas peyki qismən sıradan çıxıb

Yaponiyanın hava vəziyyətini izləyən əsas peyki “Himavari- 9” (Günəbaxan 9) qismən sıradan çıxıb və bəzi şəkillərin ötürülməsini dayandırıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Yer səthindən infraqırmızı şüalanmanın qeydə alınması ilə bağlı təsvirlərin ötürülməsi zamanı problemlər yaranıb. Eyni zamanda, tayfunların hərəkəti, güclü yağış və küləklər, dalğalı dənizlər və s. barədə xəbərdarlıqların ötürülməsi ilə bağlı peyk qurğuları normal işləyir.

İdarə problemin səbəbini hələ bilmədiyini etiraf edib.

Избранный
25
3
sam.az

4Источники