RU

İranda "Bəsic" qüvvələrinin beş üzvü və yaralı mayoru silahlı hücumda ölüb

İranın Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü ölüb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın yaydığı açıqlamada bildirilib.

Açıqlamaya əsasən, hadisə əyalətin Saravan şəhərinin Sirkan rayonunda baş verib.

Vurğulanıb ki, noyabrın 8-də Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonunda “Ceyşül Ədl” silahlı qruplaşmasının Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonuna hücumu nəticəsində yaralanmış Sepahın mayoru Səid Pərvinnejad noyabrın 10-da gecə saatlarında ölüb.

Избранный
17
3
far.az

4Источники