Bakı. Trend:
İqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunlamübarizə də eyni aktuallığı qazanmalıdır.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cuSessiyası(COP29) çərçivəsində "La Ruta del Clima" Addressing lossand damage, reparations and climate debt: Human rights obligation,not a charity" ("La Ruta del Clima": İtki və zərər, təzminat vəiqlim borcunun həlli: insan hüquqları öhdəliyi xeyriyyəçilik deyil)mövzusunda mətbuat konfransında BMT-nin İqlim Dəyişikliyi üzrəxüsusi məruzəçisi Elisa Morgera deyib.
"İqlim dəyişikliyi problemi ilə bütövlükdə planetimiz üzləşsədə, bundan ən çox zərər görən az inkişaf etmiş, inkişaf etməkdəolan və ya müstəmləkə şəraitində yaşayan dövlətlərdir. Bu problemişərtləndirən bir nömrəli amil atmosferə həddindən artıq dərəcədəkarbon qazı emissiyalarının buraxılmasıdır.
Belə ki, 1990-cı illərdən ötən dövr ərzində bu həcm icazəverilən normadan dəfələrlə yüksək olub. Hesablamalarımız göstərirki, planetimizin əhalisini iqlim dəyişikliyinin fəsadlarındanqorumaq üçün trilyonlarla dollar vəsaitə ehtiyac var. COP29-un əsasməqsədi də məhz bu vəsaitin təmin edilməsidir".
Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizə bütövlükdə hər birdövlətin vəzifəsi olmalıdır.
"İqlim fəlakətinin qarşısının alınması istiqamətində görüləntədbirlər nəticəsində biz təkcə bəşəriyyəti deyil, flora və faunanıda xilas edə bilərik. İqlim dəyişikliyi ilə mübarizədə nəticə əldəetmək üçün ilk növbədə siyasi iradə lazımdır. Hesab edirəm ki, buamil təmin olunmadan heç bir halda uğurlu nəticəyə çatmaq mümkünolmayacaq. Biz bu qlobal təhlükəyə qarşı gücümüzü birləşdirmək üçünCOP formatlı tədbirləri gözləməməliyik. İqlim dəyişikliyinə diqqətçəkmək üçün təkcə dövlətlərin deyil, vətəndaş cəmiyyətinin dəsəylərinin artırılmasına ehtiyac var.
Burada əsas məqsəd ilk növbədə əhalininin iqlim problemininhansı fəsadlara səbəb olacağı barədə məlumatlandırılmasıdır. Digərtərəfdən qeyri-hökumət təşkilatları da hökumələrin diqqətini buproblemin aktuallığına yönəltməlidir. Belə olmasa, hər hansınəticədən nail olmaq mümkün olmayacaq",- deyə əlavə edilib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bugündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.