Ukrayna hərbi kəşfiyyatı rusiyalı pilota maraqlı təklif verib. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, pilot helikopteri qaçıracağı təqdirdə, Ukrayna tərəfi ona milyon dollara yaxın pul verəcəkmiş.
"QUR-u təmsil edən Sergey pilota helikopteri qaçırmaq üçün 600-750 min dollar təklif edib. Həmçinin onun bütün ailə üzvlərinin daimi yaşayışı üçün Çexiyaya köçürmək də təklif olunub", - məlumatda qeyd edilib.
O da vurğulanıb ki, Ukrayna kəşfiyyatçısı Rusiya hərbçisini "verbovka" etdiyini düşünsə də, əslində o, artıq FSB əks-kəşfiyyatçılarının “çəngində” olub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural