RU

Bakıda CO29 çərçivəsində mətbuat konfransı keçirilib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində "La Ruta del Clima" Addressing loss and damage, reparations and climate debt: Human rights obligation, not a charity" ("La Ruta del Clima": İtki və zərər, təzminat və iqlim borcunun həlli: insan hüquqları öhdəliyi xeyriyyəçilik deyil) mövzusunda mətbuat konfransı keçirilib.

Herbiand.az xəbər verir ki, mətbuat konfransı zamanı iqlim dəyişikliyi ilə mübarizənin aktuallığı nəzərə alınaraq, bu problemlə mübarizənin bütün dövlətlərin öhdəliyi olduğu diqqətə çatdırılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi məruzəçisi Elisa Morgera qeyd edib ki, iqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır.

"İqlim dəyişikliyi problemi ilə bütövlükdə planetimiz üzləşsə də, bundan ən çox zərər görən az inkişaf etmiş, inkişaf etməkdə olan və ya müstəmləkə şəraitində yaşayan dövlətlərdir. Bu problemi şərtləndirən bir nömrəli amil atmosferə həddindən artıq dərəcədə karbon qazı emissiyalarının buraxılmasıdır.

Belə ki, 1990-cı illərdən ötən dövr ərzində bu həcm icazə verilən normadan dəfələrlə yüksək olub. Hesablamalarımız göstərir ki, planetimizin əhalisini iqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollar vəsaitə ehtiyac var. COP29-un əsas məqsədi də məhz bu vəsaitin təmin edilməsidir".

Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizə bütövlükdə hər bir dövlətin vəzifəsi olmalıdır.

"İqlim fəlakətinin qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində biz təkcə bəşəriyyəti deyil, flora və faunanı da xilas edə bilərik. İqlim dəyişikliyi ilə mübarizədə nəticə əldə etmək üçün ilk növbədə siyasi iradə lazımdır. Hesab edirəm ki, bu amil təmin olunmadan heç bir halda uğurlu nəticəyə çatmaq mümkün olmayacaq. Biz bu qlobal təhlükəyə qarşı gücümüzü birləşdirmək üçün COP formatlı tədbirləri gözləməməliyik. İqlim dəyişikliyinə diqqət çəkmək üçün təkcə dövlətlərin deyil, vətəndaş cəmiyyətinin də səylərinin artırılmasına ehtiyac var.

Burada əsas məqsəd ilk növbədə əhalininin iqlim probleminin hansı fəsadlara səbəb olacağı barədə məlumatlandırılmasıdır. Digər tərəfdən qeyri-hökumət təşkilatları da hökumələrin diqqətini bu problemin aktuallığına yönəltməlidir. Belə olmasa, hər hansı nəticədən nail olmaq mümkün olmayacaq",- deyə əlavə edilib.

Избранный
17
10
herbiand.az

10Источники