RU

İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir - Kleyr Miranda

Bakı. Trend:

İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağadavam edənlərin məsuliyyətidir.

Trend xəbər verir ki, bubarədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəSazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində“Mədəni irsin qorunması və istifadəsi: Şanksinin (Shanxi) keçidiniaçmaq üçün açar” adlı mətbuat konfransında çıxış edən “Asiyaxalqlarının borc və inkişaf hərəkatı” nümayəndəsi Kleyr Mirandadeyib.

O qeyd edib ki, iqlim maliyyəsi qlobal Şimalın qlobal Cənubaborclu olduğu böyük iqlim borcuna görə ödəniş və hazırlıqformasıdır.

“Və ödəniş olaraq, o, kredit şəklində deyil, qrant şəklindəictimai olmalıdır. Əgər onu geri ödəməyimiz gözlənilirsə və yaödəyici bundan mənfəət əldə edirsə, bu ödəniş deyil.

Ədalət çağırışımız onların tələblərimizi yüksək və aydın şəkildəeşitmələrini təmin edəcək. Onların bizimlə üz-üzə gəlməkdən başqaçarələri qalmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bugündən Azərbaycanda start götürür. Bununla bağlı qərar ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Избранный
37
3
az.trend.az

4Источники