Bakı. Trend:
Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədiləAzərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziriTeymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.