Bakı. Trend:
Yaşıl dünyanın yaradılması ambisiyaların səviyyəsini yüksəltməyivə həmrəyliyə əsaslanan hərəkətləri tələb edir.
Trend xəbərverir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda konfransınrəsmi açılış mərasimində deyib.
"Mübarizəmizdə yadda saxlamalıyıq ki, hər bir hərəkət vacibdir.Hər kiçik dəyişiklik, xilas edilən hər dərəcə, xilas edilən hərhəyat bizim qələbəmizdir. Dünya bizə baxır, ümid edir və gözləyir.Afrika, Asiya, Avropa, Sakit okean, Şimali Amerika, Cənubi Amerika,Karib hövzəsi bizdən liderlik gözləyir. Onların gecikməyə vaxtlarıyoxdur. Gəlin ambisiya səviyyəmizi yüksəldək və yaşıl dünyayaratmaq üçün həmrəyliyə əsaslanan hərəkətə keçək. Gəlin işəbaşlayaq!", - deyə M.Babayev bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.