RU

“Lada”nın qadın avtomobili olduğu üzə çıxdı

Rusiyanın avtomobil markası “Lada” daha çox qadınlar arasında populyardır.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə TASS “Romir” holdinqinin araşdırmasına istinadən məlumat yayıb.

Belə ki, bu markalı avtomobillərin alıcılarının 51%-i qadınlar olub. Avtomobil sahibinin orta yaşı 42-dir.

Sorğuda iştirak edən “Lada” alıcıları 59% hallarda mövcud avtomobili əvəz etmək üçün yeni avtomobil aldıqlarını, 52% əvvəlki avtomobilin eyni markadan olduğunu bildiriblər. Alıcıların 32%-i üçün yeni “Lada” onların ilk avtomobili olub.

Избранный
7
6
medianews.az

7Источники