RU

Azərbaycanla AİB arasında aqrar sahədə əməkdaşlıq əlaqələri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdəolan Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiyaüzrə vitse-prezidenti Yingming Yangın rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyininİctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi məlumatyayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Asiya İnkişaf Bankıarasında əlaqələr müzakirə olunub.

Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədovbildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqiməqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.Azərbaycan bu tərəfdaşlığı daha da gücləndirəcək və ölkəmizindavamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərinmüzakirəsinə xüsusi önəm verir. Azərbaycan hökuməti kəndtəsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında Asiyaİnkişaf Bankı ilə səmərəli əməkdaşlıqda maraqlıdır. Görüşdə Bakıdakeçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinətoxunulub, bu mötəbər tədbirin iqlim dəyişmələrinə qarşı qlobalmübarizədə vacib hadisə olduğu vurğulanıb.

AİB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidentiYingming Yang öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti,müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələribarədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi iləəməkdaşlıq imkanlarından danışıb.

Görüş zamanı Asiya İnkişaf Bankı ilə birgə əməkdaşlıqçərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb,gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Tərəflər gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər - aqrarsahədə məhsuldarlığın daha da artırılması, torpaq və suehtiyatlarının tam həcmdə qorunması, resursların səmərəli istifadəvə idarə olunması, aqro-ərzaq sistemlərinin rəqəmsaltransformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalqstandartlara cavab verməklə ixrac potensialının artırılması, aqrarsahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi,kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kəndtəsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikirmübadiləsi aparıblar.

Görüşdə Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqperspektivlərinin müəyyən edilməsi və işçi qrupu səviyyəsində kəndtəsərrüfatının inkişafı üzrə layihələrin hazırlanması işinin davametdirilməsi barədə razılıq əldə olunub.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Избранный
33
5
az.trend.az

8Источники