RU

COP29 iştirakçısı: İnkişaf etməkdə olan ölkələrə ildə azı 1 trilyon dollarlıq iqlim maliyyəsi çatdırılmasını gözləyirəm

COP29-dan ən böyük gözləntilərim inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə qrantlar şəklində ildə azı 1 trilyon dollarlıq yeni iqlim maliyyəsinin çatdırılmasıdır.

 

Bu fikri Bakıda keçirilən COP29-un iştirakçısı - Cənub-Şərqi Asiyanın İqlim Fəaliyyət Şəbəkəsinin üzvü Nithiyananthan Nesadurai deyib.

 

O, Azərbaycanın COP29-a hazırlığından razı qaldığını bildirib: “Ətrafda bizə kömək edən çoxlu mehriban insanlar var. Xüsusilə nəqliyyatın təşkilinə heyran qaldım”.

 

Azertac

Tarix: 11 Noyabr 2024, 12:42   
Избранный
24
2
pravda.az

3Источники