Türkiyədə cinayətkar qrup və dəstələrə qarşı növbəti dəfə geniş əməliyyat keçirilib. Əməliyyat nəticəsində 270 şübhəli şəxs saxlanılıb.
Reyting.az-ın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əıi Yerlikaya deyib ki, mərkəzi Adana olmaqla 16 vilayətdə keçirilən “KUYU-37” əməliyyatlarında cinayət təşkilatına üzv olmaqda şübhəli bilinən 270 şəxs tutulub.
Yerlikaya deyib ki, 16 vilayətdə rəhbəri Ramazan Bayğara olan mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən “KUYU-37” əməliyyatlarında təşkilat üzvü olan 270 şübhəli yaxalanıb.
Qeyd edilir ki, bu cinayətkar qruplarla əlaqəsi olan bəzi şəxslər də İnterpoll xətti ilə axtarışa verilib.