RU

Ağasəlim Mircavadov "Sabah"ın avrokuboklara vəsiqə qazanacağına inanmır

"Sabah"ın oyunlarını izləyirəm. Hətta hissələri belə sabit oynamırlar. Çox keyfiyyətli futbolçuları var. Heyətdə milli komandamızın oyunçuları çıxış edir. Sonuncu turda "Kəpəz" "Sabah"ı bəzi epizodlarda üstələyirdi".

İdman.biz xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov "Sabah" komandasının Misli Premyer Liqasındakı uğursuz çıxışı barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bu mövsüm "bayquşlar"ın avrokuboklara vəsiqə qazanacağına inanmadığını bildirib: "Klubun maliyyə imkanları pis deyil. İstəyirik "Sabah" güclü olsun. Rəhbərlik futbolun inkişafı üçün işlər görür. Masazır təmsilçisi ölkəmizi avrokuboklarda təmsil etməli olan klubdur. Əvvəlki illərə baxanda indi komandaların şəraiti yaxşıdır. Qrupa düşmək lazımdır. Bundan sonra klubun gəlirləri artır, futbolçuları daha tez inkişaf edir. 3-cü yerdə qərarlaşan "Turan Tovuz"la aralarında 8 xal fərq var. Bu il avrokuboklara vəsiqə qazanacaqlarına inanmıram. Amma yenə də heç nə itirilməyib. Gözləyək, "Sabah" əvvəlki formasına qayıtsın. Bizə çempionatda 4-5 komandanın çempionluq uğrunda mübarizə aparması lazımdır".

Qeyd edək ki, 13 turdan sonra aktivində 18 xal olan "Sabah" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

İdman.biz

Избранный
29
idman.biz

1Источники