RU

İnkişaf etmiş bəzi dövlətlər yoxsul ölkələrin problemlərindən mənfəət qazanmağa çalışırlar

"İnkişaf etmiş ölkələrin iqlim maliyyəsinə verməli olduqları töhfələr onların təbiətə vurduğu ziyanla tərs mütənasibdir".

APA xəbər verir ki, bu COP29 çərçivəsində təşkil olunan "Action Aid" konfransında bildirilib.

Tədbirin iştirakçıları inkişaf etmiş bəzi dövlətlərin yoxsul ölkələrin problemlərindən özlərinə mənfəət qazanmağa çalışdıqlarını qeyd ediblər.

Vurğulanıb ki, bu dövlətlər məsuliyyətdən yayınmağa, iqlim maliyyəsi təşəbbüsündə iştirak etməməyə çalışır, bu məqsədlə bir sıra addımlar atırlar. Bu cür addımlar atanlar bilməlidir ki, qlobal iqlim dəyişikliyi probleminin yaranmasında həmin ölkələrin məsuliyyəti digərlərindən dəfələrlə çoxdur.

Təşkilatın nümayəndəsi Tereza Anderson vurğulayıb ki, inkişaf etmiş ölkələrin iqlim maliyyəsindəki payının artırılmasını zəruri sayırlar. İqlim dəyişikliyi fəsadlarının qarşısını almaqda bütün məsuliyyət inkişaf etmiş ölkələrin üzərinə düşür. Bu sahədəki böhran vəziyyətinin aradan qaldırılması haqqında ilk növbədə onlar düşünməlidir".

Избранный
52
apa.az

1Источники