Britaniyanın nəhəng aviaşirkətləri “British Airways” və “Virgin Atlantic” yüzlərlə uzunmüddətli reysi ləğv etmək məcburiyyətində qalıb.
KONKRET.az “Daily Mail”yə istinadən xəbər verir ki, buna “Boeing 787”nin ehtiyat hissələrinin tədarük zəncirində nasazlıq səbəb olub. Nəşrin məlumatına görə, “Virgin Atlantic” həftəsonu bir neçə reysi ləğv etmək məcburiyyətində qalıb. “British Airways”isə Böyük Britaniyanın Yaxın Şərqdəki müttəfiqlərindən biri Bəhreyn və Küveytə birbaşa uçuşları dayandırıb.
Vəli Həsənoğlu,
KONKRET.az