RU

Tramp hələ də müharibəni 24 saat ərzində bitirmək əzmindədir

ABŞ-ın seçilən prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə başladığı "ilk gündə" Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masasına oturtmağı planlaşdırır. Bu  barədə onun qərargahının mətbuat katibi Kerolayn Livitt bildirib.

Respublikaçı Tramp hələ prezident seçkilərindən əvvəl Rusiya-Ukrayna münaqişəsini "24 saat ərzində” və ya "çox tez” həll edəcəyini dəfələrlə vəd edib.

Fox News-a müsahibəsində Kerolayn Livitt, Trampın qələbəsinin Rusiya və Ukrayna arasında sülh əldə etmək üçün imkan yaradacağını bildirib. "Bu, o cümlədən Ukrayna və Rusiyanın müharibəyə son qoymaq üçün ilk gündəcə danışıqlar masasına oturdulacağı anlamına gəlir", —  o, Associated Press-ə istinadən qeyd edib.

Kerolayn Livittin sözlərinə görə, Donald Trampın vəzifəyə başladığı ilk həftədə "onlarla" fərman imzalaması da planlaşdırılır. Xarici siyasətlə yanaşı, onun ilk günlərdəki fəaliyyət istiqamətləri arasında miqrasiya və enerji sahələri də var.
 
N.Təbrizli

www.anews.az
Избранный
33
anews.az

1Источники