Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, görüş zamanı Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə danışılıb.
Həmin layihələrin maliyyələşməsində bankın mümkün iştirakı məsələsi müzakirə olunub.