RU

İRİA COP29-da iştirak edir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edir.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, İRİA Yaşıl zonada öz stendi ilə təmsil olunur. Sözügedən tədbirin ilk günündə İRİA-nın stendində "Dayanıqlı dünya üçün "open data"nın gücündən istifadə", "Rəqəmsal Azərbaycanın gücləndirilməsi: İctimai xidmətləri hamı üçün birləşdirən "mygov" platforması", "Azərbaycan İnnovasiya Mərkəzi nədir və texnoparkların innovasiya ekosistemində rolu", "Sənədlərdən rəqəmsal nəzarətə: "mygov"un məlumat paylaşımı və razılığın idarə edilməsinə innovativ yanaşması" barədə təqdimatlar baş tutub.

"BERKM", "Recepta" startapları və texnopark rezidenti "Epoint" İRİA-nın stendində layihələrini iştirakçılara təqdim ediblər.

Qeyd edək ki, COP29-un davam edəcəyi müddətdə innovasiya və rəqəmsallaşma mövzularında bir sıra panel sessiyaları, təqdimatlar və vörkşoplar baş tutacaq, həmçinin İRİA-nın Yaşıl zonada stendi fəaliyyət göstərəcək. Stenddə tədbir qonaqları qurumun rəqəmsallaşma və innovasiya sahəsində gördüyü işlər, təşviq etdiyi layihələr haqqında ətraflı məlumat əldə edə, tərəfdaşlıq və əməkdaşlıq imkanlarını müzakirə edə biləcəklər.

16 noyabr tarixində isə "Rəqəmsal yaşıl üfüqlər: dövlət sektoru və texnologiyanın dayanıqlı gələcək üçün inteqrasiyası" və "İqlim fəaliyyəti üçün innovasiya və rəqəmsallaşma" mövzularında panel müzakirələri və çıxışlar baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
3
olaylar.az

4Источники