RU

Nəsillərarası dialoq Karib bölgəsinin davamlılığı üçün vacibdir - Şeril Senhaus

Nəsillərarası dialoq Karib regionunun dayanıqlılığı üçün əsas əhəmiyyətə malikdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə innovasiyaları üzrə direktor Şeril Senhaus Bakıda "Fəaliyyətdə birlik: Karib bölgəsinin ədalətli və dayanıqlı adaları üçün müxtəlif nəsillərin səsləri" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, yaşlı nəsil ənənəvi biliklərə malikdir və onlar adət-ənənələr haqqında məlumatı ötürə bilərlər.

"Onlar çözümlərin tapılmasına kömək etmək üçün yeni texnologiya və yanaşmaları ənənəvi metodlarla birləşdirməyin yollarını tapa bilərlər. Şübhəsiz ki, biz kənd təsərrüfatı ilə bərpa olunan enerji mənbələri, maliyyə ilə texnologiyanın kəsişməsini görürük. Həmçinin, mikro maliyyələşdirmə platformaları mövcuddur ki, bu da yalnız iqlim sahəsində deyil, həm də adətən maliyyə resurslarına çıxışı olmayan insanlara kömək edir", - Şeril Senhaus qeyd edib.

O əlavə edib ki, gənclərin ideyalarını inkişaf etdirən yanaşmaların formalaşdırılması vacibdir ki, bu ideyalar həyata keçirilə və miqyaslana bilən imkanlara çevrilsin.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Избранный
20
3
milli.az

4Источники