İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlarına Fransa ilə Millətlər Liqası oyununa gəlməməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, buna səbəb Avropa Liqasının “Ayaks”la oyunundan (0:5) sonra Amsterdamda “Makkabi” azarkeşlərinə hücumlar olub.
Məlumata görə, Brüssel, Paris və Amsterdamda, həmçinin Böyük Britaniyanın iri şəhərlərində israillilər üçün potensial təhlükələr müəyyən edilib.