RU

Ağciyər xərçəngini aşkar edən sensor hazırlanıb

Ağciyər

Çinli alimlər nəfəs yolu ilə ağciyər xərçəngini aşkar edə bilən sensor hazırlayıblar. Sensor belə bir təyinatı tənəffüsdəki izoprenin aşağı olduğunu müəyyənləşdirməklə edir.

Reyting.az
-ın məlumatına görə, alimlər ümid edirlər ki, ağciyər xərçəngini tənəffüs yolu ilə təsbit edə bilən sensor bir çox insanın həyatını xilas edəcək.

Qeyd olunur ki, insanların nəfəs alarkən buraxdıqları müxtəlif qazlar bədən daxilindəki vəziyyət haqqında fikir yarada bilər. Bədəndəki mənşəyi dəqiq bilinməyən izopren adlı birləşmə bəzi insanların nəfəsində yoxdur.

Çinin Zhejiang Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırmaya görə, tənəffüsdə izoprenin səviyyəsi ağciyər xərçənginin göstəricisi ola bilər. Alimlər deyiblər ki, nəfəsdə izopren nisbətinin aşağı olması ağciyər xərçənginə dəlalət edir və bunu müəyyən etmək üçün bir üsul hazırlanıb.

“ACS Sensors” jurnalında dərc edilən araşdırmada bildirilir ki, alimlər saç telindən min dəfə incə olan sensor hazırlayıb.

Tədqiqatçılar qeyd ediblər ki, tərkibində platin, indium və nikel olan nanoflake sensoru hətta milyardda iki hissədə nəfəsdə izopren səviyyələrini ölçə bilir. Sensor həmçinin izoprenə insan nəfəsindəki digər birləşmələrə nisbətən daha yaxşı cavab verib. Komanda daha sonra bu sensoru 5-i ağciyər xərçəngi olan 13 nəfərlə sınaqdan keçirib. İzopren səviyyələrinin xəstələrdə 40 ppb-dən aşağı, sağlam insanlarda isə 60 ppb-dən yüksək olduğu aşkar edilib. Elm adamları yeni texnologiyanın ağciyər xərçənginin erkən diaqnozunu təmin etməklə bir çox insanın həyatını xilas edə biləcəyini düşünürlər. Bununla belə, sensorun uğuru haqqında dəqiq bir şey söyləmək hələ tezdir. Az sayda iştirakçı ilə yanaşı, izopren və ağciyər xərçəngi arasındakı əlaqə də təsdiqlənməlidir.

V. QULİYEV
Избранный
8
22
reyting.az

10Источники