RU

Respublikaçılar Ukraynadan üz çevirir - Consonun sözçüsü danışdı

ABŞ Senatına seçkilərdə qalib gələn və Nümayəndələr Palatasında da üstünlüyü əldə edən respublikaçılar yaxın müddətdə Ukraynaya yardımla bağlı qərarlar qəbul etməyəcək və bu mövzuda paketləri nəzərdən keçirməyəcəklər. 

AzPolitika” xəbər verir ki, bu barədə “Huffington Post” (HuffPost) ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadla məlumat yayıb.

“Mayk Consonun sözçüsü bildirib ki, respublikaçı çoxluq yaxın gələcəkdə Ukrayna ilə bağlı əlavə qanunların qəbulunda maraqlı deyil”, - nəşr qeyd edir.

Eyni zamanda, yanvarın 20-dək vəzifəsində olan ABŞ Prezidenti Co Bayden ilin sonuna qədər xüsusi səlahiyyətləri sayəsində Konqresdən yan keçərək, Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika tədarük etmək imkanını hələ də saxlayır.

“AzPolitikla.info”

Избранный
25
azpolitika.info

1Источники