RU

Starmer və Makron Ukraynaya dəstəyi müzakirə edirlər

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynanın qış aylarına hazırlığını müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Parisdə iki siyasətçi arasında keçirilən görüşdən sonra Britaniya hökumətinin başçısının ofisi məlumat yayıb.

Bundan əlavə, Starmer və Makron Qəzza zolağı və Livandakı vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Onlar həmçinin İordan çayının qərb sahilində sabitliyə ehtiyac olduğunu vurğulayıblar.

Digər müzakirə mövzusu La-Manş boğazını qanunsuz keçən miqrantların sayının azaldılması zərurəti olub.

Избранный
35
operativmm.az

1Источники