RU

Qazaxıstanın COP29 pavilyonu diqqəti dekarbonizasiya mövzusuna yönəldəcək

COP29-da Qazaxıstan Respublikası Milli Pavilyonunun fəaliyyəti çərçivəsində geniş tədbirlər proqramı təqdim olunur.

AZƏRTAC Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, proqrama dekarbonizasiya məsələlərinin müzakirəsi, təcrübə mübadiləsi və iqlim məqsədlərinə nail olmaq üçün səmərəli həll yollarının işlənib hazırlanması daxildir.

Proqramla aşağıdakı linkdən tanış olmaq olar: https://igtipc.org/event-program-for-the-pavilion-of-the-republic-of-kazakhstan-at-cop-29/.

Noyabrın 11-də Bakıda dünyanın ən böyük və mötəbər tədbirlərindən biri hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb.

COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir 12-13 noyabr tarixlərində keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti olacaq. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və iddialı “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılmasıdır.

Избранный
10
2
yeniazerbaycan.com

3Источники