Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinkilə görüşüb.
"Operativ Media" xəbər verir ki, Nazir bu barədə X-də paylaşım edib.
Görüşdə #yaşıliqtisadiyyat-ın təşviqi sahəsində nəzərdə tutulan layihələr, aşağı karbonlu həllərə keçid, dövlət-özəl tərəfdaşlığını gücləndirilməsini dəstəkləyən təşəbbüslər, COP29-da AYİB-in iştirakı və əməkdaşlığın şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.