RU

Əsas məqsəd effektiv mexanizm təqdim etməkdir - Martin Hession

Bakı. Trend:

Biz karbon bazarına cavabhdeh olmaqla yanaşı, həm də xaricimaraqlı tərəflər qarşısında məsuliyyət daşıyırıq və biz bütün bumaraqları balanslaşdırmağa və əks etdirməyə çalışmışıq.

Trend xəbər verir ki, bubarədə Paris Sazişinin Kreditləşmə Mexanizmi maddə 6.4 nəzarətorqanı sədrinin müavini Martin Hession “UNFCCC: Paris SazişininKredit Mexanizmi ilə Karbon Bazarlarında Dürüstlüyün İnkişafı” adlıpanel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, əsas məqsəd effektiv mexanizm təqdim etməkdir,nəinki kompensasiya etmək, həmçinin, indi olduğumuz yerləhədəflərimiz arasındakı fərqi aradan qaldırmaqdır.

“Biz bunu çox konkret üsullarla həll edirik. Effektivlik əsasxüsusiyyətdir. Amma biz həm də ədalətli və məsuliyyətli olmalıyıq.Bəziləri üçün bu, çox iddialıdır. Digərləri üçün bu, kifayət qədəriddialı deyil. Amma hesab edirik ki, bizə verilən mandatı yerinəyetirmək üçün əlimizdən gələni etmişik”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
46
3
az.trend.az

4Источники