RU

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi, qlobal iqlim fəaliyyətində aktiv iştirakı və AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərində yaşıl iqtisadiyyatın təşviqi mühüm yer tutur. Görüş zamanı Bankla yaşıl iqtisadiyyat, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid istiqamətində şaxələndirilməsinin əhəmiyyəti qeyd edilib. COP29 çərçivəsində Azərbaycan-AYİB tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib.

AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını və COP29 çərçivəsində həyata keçirilən tədbirlərin önəmini qeyd edib. Azərbaycanın zəngin iqtisadi potensialının əlaqələrin genişlənməsi üçün perspektivlər yaratdığını və qurumun Azərbaycana dəstəyinin davamlı olacağını bildirib.

Tərəflər Azərbaycan-AYİB əlaqələrinin dayanıqlı inkişaf və səmərəli iqlim fəaliyyəti üçün faydaları, birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Избранный
25
10
vergiler.az

10Источники