UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Beşiktaş" (Türkiyə) - "Makkabi" (İsrail) matçının məkanı bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Oyun Macarıstanın Debreçen şəhərində keçiriləcək.
İstanbulda keçirilməli olan "Beşiktaş" - "Makkabi" (Tel-Əviv) matçının yeri noyabrın 4-d dəyişdirilib. Belə bir qərarın Türkiyə höküməti tərəfindən təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub. Azarkeşsiz oynanılacaq qarşılaşma noyabrın 28-də keçiriləcək.